TQDK qeydiyyat müddəti uzatdı
18 avqust 2014 18:25 (UTC +04:00)

TQDK qeydiyyat müddəti uzatdı

9 illik orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə yerləşdirmə zamanı qəbul olan şəxslərin qeydiyyat müddəti uzadılıb. TQDK-dan Lent.az-a verilən məlumata görə, 2014/2015-ci tədris ili üzrə ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 13-dən aparılır. Bu müddətin avqustun 18-də başa çatdırılması nəzərdə tutulsa da, TQDK rəhbərliyinin qərarına əsasən, avqustun 22-i saat 17:00 - dək uzadılıb. 

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslər həmin vaxtadək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Qeyd edək ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq təhsil müəssisəsinə göndərilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1144

Oxşar yazılar