Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermiş əlil abituriyentlərə müraciət edib. Qurumdan Lent.az-a verilən məlumata görə, TQDK həmişə olduğu kimi, qəbul imtahanlarında sağlamlıq imkanları məhdud olan abituriyentlər üçün müvafiq şəraitin təmin olunmasını xüsusi diqqətdə saxlayır: “Təəssüf ki, bəzi hallarda həmin abituriyentlərin müvafiq sənədləri Komissiyaya vaxtında təqdim etməmələri, bir çox hallarda isə bu barədə məlumatı imtahan günü bildirmələri onlara sağlamlıq imkanları ilə bağlı müvafiq imtahan şəraitinin yaradılmasını mümkünsüz edir. Bunu nəzərə alaraq, I qrup gözdən əlil və dayaq-hərəkət sistemində çatışmazlıqlar olan abituriyentlərdən müvafiq sənədləri 2013-cü il iyulun 10-dək Bakı şəhəri üzrə TQDK-nın inzibati binasına, digər bölgələr üzrə isə Komissiyanın müvafiq regional bölməsinə təqdim etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.

Oxşar yazılar

84 il sonra ilk dəfə: Bir BÜRC taleyini dəyişmək üçün nadir şans əldə edəcək
22 iyul 2025 , 00:02
Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin
21 iyul 2025 , 19:46
Xoş XƏBƏR: Sabah əsəcək külək istinin təsirini azaldacaq
21 iyul 2025 , 19:07
İyulun 21-də yeni həyata başlayacaq BÜRCLƏR: Keçmişlə vidalaşacaqsınız
21 iyul 2025 , 18:39
Müəllimlərin işə qəbulunun NƏTİCƏLƏRİ
21 iyul 2025 , 18:09
Vanqa və "yaşayan Nostradamus"dan 2025-ci il üçün eyni sensasiyalı PROQNOZ
21 iyul 2025 , 17:12
Bakıda bu avtobus zolaqlarında sərnişin düşürməyə icazə verildi
21 iyul 2025 , 15:58