Temperatur 33 dərəcəyə çatacaq
01 may 2013 12:31 (UTC +04:00)

Temperatur 33 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti mayın 2-də və 3-də gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 2-də və 3-də Bakı və Abşeron yarımadasında  dəyişkən buludlu, yağmursuz hava şəraiti müşahidə olunacaq.

 

Şimal-qərb və cənub-şərq küləkləri əsəcək. Temperatur gecə 10-14 dərəcə, gündüz 21-26 dərəcə, bəzi yerlərdə 28 dərəcə olacaq.

 

 

Azərbaycanın rayonlarına gəlincə, əsasən yağmursuz hava müşayiət olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Temperatur Aran rayonlarında 11-16 dərəcə, gündən 25-30 dərəcə, bəzi yerlərdə 33 dərəcə isti olacaq. Dağlarda gecə 8-13 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.

# 1546
avatar

Oxşar yazılar