Təhsil Nazirliyindən “2” alanlara attestat xəbəri
25 iyul 2013 14:27 (UTC +04:00)

Təhsil Nazirliyindən “2” alanlara attestat xəbəri

 

Təhsil Nazirliyi ötən illərdə buraxılış imtahanından “2” alan və ya müxtəlif səbəblərdən imtahanda iştirak edə bilməyən məzunlar üçün təkrar imtahan keçirilməyəcəyini açıqlayıb.

 

 

Lent.az-ın verdiyi məlumata görə, bununla əlaqədar rayon (şəhər) təhsil şöbəsinə (idarəsinə) müraciət olunmalıdır.

 

Təhsil şöbəsi şagirdin X və XI siniflərdə fənlər üzrə illik qiymətləri, buraxılış imtahanında aldığı qiymətlər haqqında məlumatı rəsmi qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK ) təqdim edəcək və TQDK-nın müəyyən etdiyi yekun qiymətlər əsasında məzuna attestat veriləcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1705

Oxşar yazılar