
Sumqayıt bulvarı genişləndirilir
Sumqayıt bulvarının ərazisi şimala doğru 1 kilometr uzadılır.
Bu barədə Lent.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat verib.
O bildirib ki, hazırda 106 hektar olan bulvarın ərazisi daha 32 hektar genişləndirilir:
”Ərazidə uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub. Yeni ərazidə restoranlar tikiləcək, çimərlik zonası salınacaq, 292 ədəd istirahət otaqlarının da inşa edilməsi planlaşdırılır. Bununla yanaşı genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol Səməd Vurğun küçəsinə birləşdiriləcək".
Dediyinə görə, bulvarın ərazisi genişləndirilən ikinci hissəsi bu ilin noyabr ayında əhalinin istifadəsinə veriləcək.
Xatırladaq ki, ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıt bulvarı 2016-cı ildə salınıb.
Oxşar yazılar

Bu BÜRCLƏRİ möhtəşəm sürpriz gözləyir: onlar kimlərdir?
1 sentyabr 2025 , 18:31
Zeytun yağının saxlanılmasında edilən əsas SƏHVLƏR
1 sentyabr 2025 , 18:16
Sentyabrın çimərlik havası: Dənizdə hava necədir?
1 sentyabr 2025 , 15:17
Sentyabrda gözlənilən maqnit qasırğaları - hansı günlər təhlükəlidir
1 sentyabr 2025 , 15:01
"O qədər işləyirlər, dincəlməyi unudurlar" - Heç vaxt İsraildə olmayan yəhudi nevropatoloq
1 sentyabr 2025 , 14:06
Market arabalarına minib, video çəkənlər - Özbaşınalıq ayaq açıb yeriyir, gigiyena pozulur
1 sentyabr 2025 , 12:41
Gediş haqqının artırılmasına RƏSMİ REAKSİYA
1 sentyabr 2025 , 12:26