
Bakıda çirkab içində hazırlanan şirniyyat - FOTO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Xətai rayonu, R.Bağırov 24 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rövşən Mikayılov Əvsəl oğluna məxsus “Əvsəloğlu” şirniyyat sexinin antisanitar şəraitdə fəaliyyət göstərməsi barədə şikayət daxil olub.
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, daxil olan şikayət əsasında qeyd olunan ünvanda Agentliyin əməkdaşları tərəfindən monitorinq aparılıb.
Monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərən şirniyyat sexinə ilkin baxış keçirilərkən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Baxış zamanı sanitar qovşağın birbaşa istehsal sahəsinə açıldığı, istehsal sahəsində istifadə olunan qab, ləvazimatlar və xammalın açıq şəkildə birbaşa döşəmənin və işçi masaların üzərində saxlanıldığı məlum olub.
Müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, istehsal və satış yerlərində mal qonşuluğu prinsipinə əməl edilmədiyi aşkar edilib.
Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.
Oxşar yazılar

Qubada bu körpüdə hərəkət qadağan olundu - YENİLƏNİB
23 aprel 2025 , 19:50
Doğum tarixiniz ailənizə nəyi öyrətməli olduğunuzu açıqlayır
23 aprel 2025 , 18:52
Borc götürüb qaytarmayan yeganə BÜRC: ona borc verməyin
23 aprel 2025 , 18:38
Avtobus zolağına girən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
23 aprel 2025 , 17:53
Sabah bu ərazilərdə qaz olmayacaq
23 aprel 2025 , 17:23
Azərbaycanda təhlükəli salfetlər – Bu xəstəliklərə səbəb olur
23 aprel 2025 , 17:14
Küləklə bağlı XƏBƏRDARLIQ
23 aprel 2025 , 16:38