Sakinlər nazirə problemlərdən danışdı
05 aprel 2013 16:18 (UTC +04:00)

Sakinlər nazirə problemlərdən danışdı

Kənd təsərrüfatı naziri İsmət Abasov Salyanda  7 rayonun- Salyan, Sabirabad, Hacıqabul, Saatlı, Biləsuvar, Neftçala və Cəbrayıl -200 -ə yaxın sakinini   qəbul edib, onların  problemləri ilə maraqlanıb. Bu barədə Lent.az-a  Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Nazirlə görüşə gələn Salyan, Biləsuvar, Neftçala fermerləri  daha çox pambığın qiymətinin artırılmasını, subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsini təklif ediblər.

Görüşdə  rayonlarda aqro- kimya laboratoriyalarının yaradılması, toxumçuluq təsərrüfatlarına gübrələrin 50 faiz güzəştli qiymətə verilməsi  və başqa  problemlər önə çəkilib. Suvarılma işləri ilə də bağlı nazirə müraciətlər edilib.

# 577

Oxşar yazılar