
Sabah HAVA kəskin dəyişir - PROQNOZ
9 iyulda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyulun 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal və cənub çimərliklərində mülayim şimal küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan,
Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
İyulun 9-da hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
İyulun 09-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Oxşar yazılar
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53
Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi
22 aprel 2025 , 10:42
Bu gün 3 rayonun işığı kəsiləcək
22 aprel 2025 , 09:19