
Rafael Cəbrayılovun deputatlığı ləğv edildi - QƏRAR - YENİLƏNİB
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
APA-nın xəbərinə görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
İclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.
Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
***
15:56
Bu gün Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) iclas keçiriləcək.
Lent.az məlumat verir ki, MSK-nın bununla bağlı iclası saat 16:00-da başlayacaq.
Dünən baş prokuror Zakir Qaralov mediaya açıqlamasında bildirib ki, MSK deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onunla bağlı məsələ müzakirə olunacaq:
“Onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər. Hazırda iddia ərizəsinə mülki qaydada baxılır. Məhkəmədə onun dələduzluq və ya digər cinayət törətməsi müəyyən edilsə, barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Daha sonra Baş Prokurorluqda araşdırma aparılacaq".
Xatırladaq ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min dollar borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Milli Məclisin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.
Oxşar yazılar

Ramazanda Novruz süfrələri necə açılacaq? - VİDEO
28 fevral 2025 , 03:08
2 fəsilə 4 fəsili sığışdıranlar – Azərbaycanda yeni tendensiya – ƏYNİMİZİ DƏYİŞMƏYƏK
28 fevral 2025 , 00:44
Ucqar kəndlərlə əlaqə tamam kəsildi - VİDEO
27 fevral 2025 , 23:55
Bakıda SPİRT KABUSU davam edir: Ölənlər artır - VİDEO
27 fevral 2025 , 23:17Geomaqnit qasırğaları Yer üçün TƏHLÜKƏDİR: Günəş aktivliyinin nəticələri barədə XƏBƏRDARLIQ
27 fevral 2025 , 19:59Sabahkı soyuq hava ilə bağlı bu insanlara XƏBƏRDARLIQ
27 fevral 2025 , 18:53
Ailəni hər şeydən üstün tutan BÜRCLƏR
27 fevral 2025 , 18:34