
Qırmızı attestat alanların sayı AÇIQLANDI
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlara fərqlənmə attestatları təqdim olunur.
Bu barədə Lent.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə attestatı ilə bitirib.
Təhsil müəssisələrində məzunlara fərqlənmə attestatlarının təqdim olunması məqsədilə müvafiq tədbirlər keçirilir. Bu kimi tədbirlərin təşkil olunmasının əsas məqsədi daha yüksək nailiyyətləri olan məzunların nümunəsində şagirdləri gələcək uğurlara ruhlandırmaq, şagirdlərin təhsilə və məktəbə marağını daha da artırmaqdan ibarətdir.
Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alan və ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.
Məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.
Oxşar yazılar

Xəzər dənizinin səviyyəsi rekord dərəcədə aşağı enib
22 iyul 2025 , 10:08
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
22 iyul 2025 , 08:14
84 il sonra ilk dəfə: Bir BÜRC taleyini dəyişmək üçün nadir şans əldə edəcək
22 iyul 2025 , 01:02
Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin
21 iyul 2025 , 19:46
Xoş XƏBƏR: Sabah əsəcək külək istinin təsirini azaldacaq
21 iyul 2025 , 19:07
İyulun 21-də yeni həyata başlayacaq BÜRCLƏR: Keçmişlə vidalaşacaqsınız
21 iyul 2025 , 18:39
Müəllimlərin işə qəbulunun NƏTİCƏLƏRİ
21 iyul 2025 , 18:09