Prezidentdən Milli Azərbaycan Tarixi Muzeyinə <span style="color:red;">HƏDİYYƏ
02 oktyabr 2014 15:50 (UTC +04:00)

Prezidentdən Milli Azərbaycan Tarixi Muzeyinə HƏDİYYƏ

Prezident İlham Əliyev AMEA Milli Azərbaycan Tarixi Muzeyinə erkən orta əsrlərə aid saxsı qab hədiyyə edib. Lent.az-ın AMEA-nın saytına istinadən xəbərinə görə, bu barədə muzeyin direktoru Nailə Vəlixanlı məlumat verib. Onun sözlərinə görə, saxsı qab sentyabrın 29-da Həştərxanda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV sammitində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən dövlət başçımıza təqdim edilib. Bu qədim dövr nümunəsi ötən əsrin 30-cu illərində Xəzər dənizinin Bakıətrafı sahillərində aparılan sualtı arxeoloji ekspedisiya zamanı tapılıb.


N. Vəlixanlı muzeyə göstərdiyi diqqət və etimada görə ölkə rəhbərinə təşəkkürünü bildirib. O, eksponatın muzeyin ekspozisiyasında yer alacağını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020

Oxşar yazılar