Prezident İlham Əliyev Bakı Ağ Şəhər bulvarının açılışında iştirak edib
01 iyun 2015 18:55 (UTC +04:00)

Prezident İlham Əliyev Bakı Ağ Şəhər bulvarının açılışında iştirak edib

İyunun 1-də prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva Bakı Ağ Şəhər bulvarının açılışında iştirak edib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə,  “Ağ Şəhər bulvarı” əvvəllər paytaxtın “Qara şəhər” kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində prezident İlham Əliyevin tapşırığı ilə ən müasir standartlara uyğun şəkildə salınıb.

 

Prezident İlham Əliyev bulvarın rəmzi açılışını bildirən lenti kəsib. Bakı Ağ Şəhər bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Burada gələcəkdə Uşaq kinoteatrının inşası da nəzərdə tutulub. Yeni bulvarda basketbol, voleybol və iki futbol meydançası, ümumilikdə dörd yeni meydança inşa edilib. Bundan başqa, açıq havada yaradılan trenajor sahəsi də istirahətə gələnlərin ixtiyarına veriləcək. Ağ Şəhər bulvarında 2 kilometr uzunluğu olan velosiped yolu yaradılıb.

 

Dövlət başçısı burada istirahət edən sakinlərlə görüşüb. Yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən və dünyanın ən iri müasir layihələrindən biri olacaq “Bakı Ağ Şəhər” layihəsini tamamlayır. Bu bulvardakı “Bulvar Hotel”dən Bayıl bulvarındakı Bakı Su İdmanı Sarayının qarşısınadək xüsusi qatarlar da hərəkət edəcək. Qatarların bulvar boyu bir neçə yerdə dayanacağı olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 311

Oxşar yazılar

Avtomobildə kondisioner yaxşı işləmir? - Beş ümumi səbəb

Avtomobildə kondisioner yaxşı işləmir? - Beş ümumi səbəb

24 may 2025 , 18:00
Bu marşrut xəttinə də yeni avtobuslar  verildi

Bu marşrut xəttinə də yeni avtobuslar verildi

24 may 2025 , 15:38
Sabah yola çıxan sürücülərə XƏBƏRDARLIQ

Sabah yola çıxan sürücülərə XƏBƏRDARLIQ

24 may 2025 , 14:30
Sabah bu yerlərə qar yağacaq  - PROQNOZ

Sabah bu yerlərə qar yağacaq - PROQNOZ

24 may 2025 , 12:44
Hazırda bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

Hazırda bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

24 may 2025 , 11:22
Dörd BÜRCƏ həftə sonu gözlənilməz pul vədi

Dörd BÜRCƏ həftə sonu gözlənilməz pul vədi

24 may 2025 , 09:09
Buraxılış imtahanının nəticələri elan olundu

Buraxılış imtahanının nəticələri elan olundu

24 may 2025 , 02:15
Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55