
Paytaxtda 950 qram çəkisi olan körpə doğuldu
Əvvəlki hamiləliyi uğursuz nəticələnən qadın Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) ana olub.
Lent.az xəbər verir ki, mama-ginekoloq Aleksandr Barsukovun bildirdiyinə görə, bu, qadının ikinci hamiləliyi olub və mərkəzə hamiləliyinin 28-ci həftəsində müraciət edib: “Pasiyent hamiləliyinin 30-cu həftəsinə qədər xəstəxanada müalicə alıb. Həm ana, həm də döldə ciddi problemlər olduğuna görə qeysəriyyə yolu ilə doğuşa qərar verilib. Doğulan körpənin çəkisi 950 qram olub. Doğularkən uşağın vəziyyəti orta ağır qiymətləndirilib.”
Neonatoloq-pediatr Təzibə Mirzəliyeva isə deyib ki, bir neçə risk faktoru olan anadan dünyaya gələn körpə doğularkən ekstremal-azçəkili olduğundan reanimasiya şəraitində müalicəsi davam etdirilib, “Topuq testi”, ROP müayinəsi, eşitmənin skrininq müayinəsi aparılıb, Mərkəzin neonatoloji komandasının gərgin əməyi nəticəsində çəkisi 1.800 qrama çatdırılıb və ana-körpə sağlam vəziyyətdə evə yola salınıb. Bütün zəruri təkrar müayinələrdən keçib, hazırda nevroloji statusu normaldır.
Oxşar yazılar

Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53
Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi
22 aprel 2025 , 10:42
Bu gün 3 rayonun işığı kəsiləcək
22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq
22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə pis xəbər alacaq
22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI
22 aprel 2025 , 08:19