Milli Məclisin bugünkü sessiyasında Ombudsmanın, Konstitusiya Məhkəməsi hakimlərinin və bütövlükdə ölkədəki digər hakimlərin maaşlarının artırılması təsdiqlənib.
Lent.az-ın məlumatına görə, təklif edilən dəyişikləri Milli Məclisin hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli deputatların diqqətinə çatdırıb və dəyişikliklərin dəstəklənməsini istəyib.
Daha sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri səsə qoyularaq qəbul edilib.
Dəyişikliyə görə, Ombudsmanın və məhkəmə hakimlərinin maaşları dekabrın 1-dən artımla hesablanacaq.
Qeyd edək ki, “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunun 16.1-ci maddəsinə edilən təklif olunan dəyişikliyə əsasən, Ombudsmanın maaşı 1800 manatdan 2025 manata qaldırılır. Ombusdmanın maaşına edilən artım qanuna müvafiq olaraq Ombusdman Aparatı işçilərinin də maaşına təsir edəcək.
“Konstitusiya məhkəməsi haqqında” qanunun 71.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən isə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 1785 manatdan 2120 manata qaldırılır. Artım Konstitusiya Məhkəməsinin hakimlərinin də aylıq maaşlarına müvafiq olaraq təsir edir.

Ombudsmanın və hakimlərin maaşları RƏSMƏN artdı
Oxşar yazılar

Təcili müdaxiləyə ehtiyac olan xəstə 5 saat gözlədilib? - RƏSMİ CAVAB
19 avqust 2025 , 14:12
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın HAVASI
19 avqust 2025 , 12:29
Doğuş sonrası depressiyadan necə qurtulmaq olar? - Ginekoloq danışdı
19 avqust 2025 , 10:49
Bu gün üç BÜRC böyük uğur qazanacaq
19 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
19 avqust 2025 , 08:15
Bu BÜRCLƏR üçün pul axını açılacaq: Şanslılar kimlərdir?
19 avqust 2025 , 00:02
Enerjili qalmaq üçün həftə ərzində yeyilməli 10 QİDA
18 avqust 2025 , 19:34