ODTÜ-də “Azərbaycan günü”
06 may 2013 17:06 (UTC +04:00)

ODTÜ-də “Azərbaycan günü”

"Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin cəbhə bölgəsində yerləşən məktəblərə yardım kompaniyasına Ankaradan dəstək gəlib. Qardaş Türkiyədə Orta Doğu Texniki Universitetinin tələbələrinin təşəbbüsü ilə "Azərbaycan Günü" xeyriyyə konserti keçirilib. Konsertdə öncə birliyin Ankara təmsilçisi Mirbəhram Əzimbəyli çıxış edərək, tədbir iştirakçılarını salamlayıb və"Yeni Üfüq"ün həyata keçirdiyi yardım kompaniyasından söz açıb. Daha sonra Azərbaycan mahnıları səsləndirilib, milli rəqs nümayiş olunub.

 

Konsertdə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin "Nargin" rok qrupunun oxuduğu mahnılar gənclərin xüsusi marağına səbəb olub.

 

Tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları da iştirak ediblər.

 

# 1152
avatar

Oxşar yazılar