Nobel mükafatçısı ADİU-nun qonağı oldu
01 oktyabr 2014 17:29 (UTC +04:00)

Nobel mükafatçısı ADİU-nun qonağı oldu

Oktyabrın 1-də Nobel mükafatı laureatı Piter A. Daymond Azərbaycan Dövlət İqtisad Universitetində qonaq olub. Lent.az-ın məlumatına görə, dünya şöhrətli iqtisadçı ali təhsil ocağının professor-müəllim heyəti və tələbələri ilə görüşüb.

 

Universitetin rektoru, professor Ədalət Muradov Nobel mükafatçısını bu təhsil ocağında görməkdən məmnun olduğunu bildirərək, cənab Daymondun elmdə əldə etdiyi nailiyyətlərdən danışıb. Sonra rektor Nobel mükafatı laureatı Piter A. Daymonda universitetin “Fəxri doktoru” diplomunu təqdim edib.

 

Piter A. Daymond tədbirdə çıxış edərək, İqtisad Universiteti ilə tanışlıqdan və universitetin “Fəxri doktoru” adına layiq görülməkdən məmnun olduğunu bildirib. Nobel mükafatçısı dünya iqtisadiyyatında, xüsusən də qlobal əmək bazarında gedən proseslərə münasibətini bildirib.

 

Diskussiya şəklində keçən görüşdə qonaq, universitetin müəllim və tələbələrinin suallarını cavablandırıb.

 

Qeyd: Piter A. Daymond 1940-cı il aprelin 29-da anadan olub. Massaçusets Texnologiya İnstitutunun sosial təminat, təqaüdlər və vergi üzrə mütəxəssisi, professordur. 9 kitab, 132 elmi əsərin müəllifidir. ABŞ prezidenti Barak Obama onu Federal Ehtiyatlar idarəsinin müdirlər şurasına üzv təyin edib. 2010-cu ildə “Axtarış müqavimətli bazarın təhlili” sahəsində uğurlarına görə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb. Ekspertlər iqtisadiyyat üzrə 2010-cu ilin Nobel mükafatı laureatlarını makroiqtisadiyyatın klassikləri hesab edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804

Oxşar yazılar