Nazirlik işçiləri Britaniya təcrübəsini öyrənir
05 sentyabr 2013 15:34 (UTC +04:00)

Nazirlik işçiləri Britaniya təcrübəsini öyrənir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlara göstərilən sosial xidmətlərin qiymətləndirilməsi mövzusunda seminar keçirilib. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Avropa İttifaqının TAİEX (Məlumat mübadiləsinə texniki yardım) Proqramı çərçivəsində keçirilən tədbirin məqsədi baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası sahəsində Nazirliyin sifarişi ilə ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən icra edilən layihələrin qiymətləndirilməsi üçün beynəlxalq təcrübənin dərindən öyrənilməsi olub.

Seminarda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından dəvət olunmuş, beynəlxalq ekspert Şon Hollandın (Sean Holland) rəhbərlik etdiyi ekspertlər sosial xidmətlər sahəsində ölkələrinin malik olduqları təcrübə barədə ətraflı məlumat veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar