Nazir peşə təhsilindən danışdı
01 aprel 2013 12:37 (UTC +04:00)

Nazir peşə təhsilindən danışdı

Hazırda  Azərbaycanda 100-dən çox peşə təhsili müəssisəsi var. Lent. az-ın məlumatına görə bunu təhsil naziri Misir Mərdanov peşə təhsili ilə bağlı yeni sistemin təqdimatında çıxışı zamanı deyib. Onun sözlərinə görə, nə peşə məktəblərində oxuyanların və çalışanların, nə də peşə təhsili müəssisəsini bitirənlərin  peşə təhsili ilə bağlı təsəvvürü yoxdur və ya çox azdır.

“Orta məktəb oxuyan uşaqların, onların valideynləri və müəllimləri peşə məktəbləri barədə kifayət qədər məlumata malik deyil. Nazirin sözlərinə görə, həm orta məktəb şagirdləri, həm müəllimlər, bir sözlə, Azərbaycan ictimaiyyəti görülən işlər barədə məlumatlandırılmalıdır. ”- deyə nazir əlavə edib.

# 526

Oxşar yazılar