
Müəllimlərin işə qəbulu üzrə yeni mərhələyə başlanıldı
Bu gündən etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayır.
Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, test mərhələsi 8-24 iyul tarixlərində keçiriləcək.
Alman dili və tarix üzrə 8 iyul, fizika, fransız dili və musiqi üzrə 9 iyul, informatika və rus dili üzrə 10 iyul, ingilis dili üzrə 11-12 iyul, biologiya üzrə 12-13 iyul, coğrafiya üzrə 13 iyul, ibtidai sinif üzrə 15-18 iyul, təsviri incəsənət üzrə 18 iyul, fiziki tərbiyə üzrə 18-19 iyul, riyaziyyat üzrə 19-22 iyul, texnologiya üzrə 22 iyul, kimya üzrə 22-23 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 23-24 iyul, Azərbaycan dili, rus dili və ədəbiyyat üzrə 23 iyul tarixlərində test imtahanları keçiriləcək.
Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
Oxşar yazılar

Fevralın sonunda gözlənilən maqnit qasırğaları - təhlükəli tarixlər
24 fevral 2025 , 20:15
Sabah bəzi universitetlərdə tədris onlayn aparılacaq
24 fevral 2025 , 19:56
Niyə kişilər pivə içməməlidirlər: Ekspertlərdən gözlənilməz faktlar
24 fevral 2025 , 18:56
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
24 fevral 2025 , 17:23
Sabah yenə qar yağacaq, 25 dərəcə şaxta olacaq - HAVA PROQNOZU
24 fevral 2025 , 12:57
Pensiyaçılara ŞAD XƏBƏR: Bu tarixdə pullar ödəniləcək
24 fevral 2025 , 12:12
Pensiyanın təyin edilməsi üçün nə qədər zaman lazımdır? – CAVAB
24 fevral 2025 , 10:52