
Minimum əməkhaqqının artması hansı vətəndaşları əhatə edəcək? - RƏSMİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncamı respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır.
Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Mdüafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir.
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.
Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.
Yeni “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir.
Belə ki, bundan əvvəl dövlət başçısının cari il fevralın 8-də imzaladığı Sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış, bu artım 600 minədək insanı əhatə etmişdi. Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması kimi əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib.
Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaqdır.
Oxşar yazılar

Pensiyanın təyin edilməsi üçün nə qədər zaman lazımdır? – CAVAB
24 fevral 2025 , 10:52
Azərbaycanda qar ən çox hara yağıb? - GÜNÜN HAVASI
24 fevral 2025 , 10:28
Qarlı havada 179 nəfər xəsarət aldı
24 fevral 2025 , 09:33
Bir BÜRCƏ şad xəbər: Bu həftə həyatınız kökündən dəyişəcək
24 fevral 2025 , 00:01
Azərbaycanda hava ilə bağlı hansı hallarda işlər dayandırılmalıdır?
23 fevral 2025 , 23:30
Sabah məktəblərdə dərslər ənənəvi qaydada davam edəcək
23 fevral 2025 , 23:19
Polisdən xəbərdarlıq - Yol örtüyü sizi aldada bilər
23 fevral 2025 , 21:51