Milli Hidrometeorologiya Departamentindən növbəti xəbərdarlıq
18 oktyabr 2013 15:06 (UTC +04:00)

Milli Hidrometeorologiya Departamentindən növbəti xəbərdarlıq

Pambıq yığımı, mal-qaranın otarılması, səpin işləri çətinləşəcək, meteohəssas insanlar əziyyət çəkəcək

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərh yayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 19-u axşamdan 21-i gündüzədək respublikanın rayonlarında daha sərin, yağıntılı, küləkli hava şəraiti gözlənilir.

 

Dağlıq rayonlarda havanın minimum temperaturunun 0 dərəcəyədək enməsi yağıntıların sulu qar və qar şəklində düşməsinə səbəb olacaq, Mərkəzi Aran rayonlarında duman və bəzən intensiv yağışlar olacaq, istiliyin çatışmazlığı isə pambığın yetişməsinin sürətini endirəcək. Yağıntılı və küləkli hava şəraiti pambıq məhsulunun yığımı və qurudulması üçün şəraiti pisləşdirəcək və eləcə də Aran rayonlarında yerləşən qışlaqlarda mal-qaranın otarılmasını və dağətəyi rayonlarda payızlıq dənlilərin səpin işlərinin aparılmasını çətinləşdirəcək. Digər tərəfdən, gözlənilən yağıntılar torpağın nəmlənməsini artıracaq və qışlaqlarda ot örtüyünün  böyüməsi üçün əlverişli şərait yaradacaq.

 

Milli Hidrometeorologiya Departamenti  tibbi-meteoroloji proqnozu da açıqlayıb. Oktyabrın 19-da Abşeron yarımadasında günün birinci yarısınadək atmosfer təzyiqinin aşağı enməsi, 19-u axşam, 20-də kəskin yüksəlməsi, 21-dək hava şəraitinin qeyri-sabit, güclü küləkli və soyuq keçməsi meteohəssas insanlar üçün əlverişsizdir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2153

Oxşar yazılar