Məktəblərdə psixoloji xidmət təkmilləşdirilir - <span style="color:red;">NAZİRLİK
30 may 2019 15:34 (UTC +04:00)

Məktəblərdə psixoloji xidmət təkmilləşdirilir - NAZİRLİK

Məktəblərdə psixoloji xidmətin sadəcə ixtisaslı kadrlar tərəfindən verilməsi məsələsi müzakirə olunur.

Lent.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" Qanunla bağlı çıxışı zamanı deyib.

O bildirib ki, bəzi hallarda məktəblərdə bu xidməti ixtisasartırma kursları keçənlər tərəfindən verilir.

Nazir müavini onu da vurğulayıb ki, bu sahədə vacib məsələlərdən biri də məktəblərdə psixoloq ştatının müəyyənləşdirilməsi ilə bağlıdır: “Məsələn, 1000 şagirdə bir psixoloq və s.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar