Kanadada Dünya Azərbaycanlılarının Həmrəylik Günü tədbiri
17 dekabr 2012 23:49 (UTC +04:00)

Kanadada Dünya Azərbaycanlılarının Həmrəylik Günü tədbiri

Dekabrın 17-də  Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” adlı Azərbaycan dili məktəbinin təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Lent.az-a Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata əsasən, tədbir zamanı qeyd olunan həftə sonu məktəbdə oxuyan şagirdlər Azərbaycan Respublikasının Dövlət Himni, o cümlədən, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə, Yeni ilə aid bir sıra şeir və musiqilər ifa edib.

Qeyd edək ki, “Qarabağ” adlı Azərbaycan dili məktəbi 2011-ci ilin  sentyabrın 10-dan Ottavada fəaliyyətə başlayıb. Bu məktəb Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis olunub.

Məktəbdə Azərbaycan dilini Vüsalə Əhmədova tədris edir.

 

# 1089
avatar

Oxşar yazılar