İctimai Televiziya və Radio Yayımları Şirkətində işçilərin kütləvi işdən çıxarılması baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, televiziyadan çıxarılanların sayı 14 nəfər olub. Belə ki işdən azad olunanların 4 nəfəri maliyyə şöbəsinin, 2 nəfər reklam şöbəsinin, 2 nəfər Elm, Gənclər və Təhsil Departamentinin, 1 nəfər televiziyanın əməkdaşı olub.
Ən çox ixtisar “Carçıfilm” Yaradıcılıq Birliyində olub. Belə ki YB-nin 5 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, bu gün işçilərinin işdən azad olunduğu “Çarçıfilm” və Elm və Təhsil Departamentlərinə bir müddət öncə yeni direktorlar təyin edilmişdi.
*****
13.49
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində işçilərin kütləvi işdən çıxarılması prosesi baş verib. Lent.az-ın məlumatına görə, bu barədə azvision-a İTV-dən məlumat veriblər. Bildirilib ki, televiziyanın müxtəlif departamentlərindən 7 nəfər işçi işdən çıxarılıb. Bunlar uşaq verilişlərinin aparıcısı Kamran İsrafilov, İTV-nin sədr müavini Çingiz Aslanovun əmisi oğlu Pərviz Aslanov və Carçı xəbərlər proqramından Anar adlı şəxsdir. Digər 4 nəfərlə bağlı məlumatı dəqiqləşdirilməyib.
Qeyd edək ki, P. Aslanov böyük redaktor idi.