Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) IV qrupda xüsusi qabiliyyət tələb edən idman ixtisasları ilə bağlı müsabiqə şərtini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, IV qrupda xüsusi qabiliyyət tələb edən idman ixtisaslarının müsabiqəsində ümumi balı 75-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, idman istiqaməti üzrə qabiliyyət imtahanı 31 iyul -12 avqust tarixlərində keçiriləcək.