Hesablama Palatasında keçirilən kollegiya iclasında bir sıra məsələlərə baxılıb. Bu barədə Lent.az-a Palatadan məlumat verilib. İclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Tərtər Rayon İcra Hakimiyyətində, Gənclər və İdman Nazirliyində, Zaqatala rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlarda, Dövlət Statistika, Şəmkir və Gədəbəy rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadəsi vəziyyəti üzrə auditlərin nəticələrinə dair Hesabat və Rəylər geniş müzakirə edilərək qəbul olunub.
Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.