Heydər Əliyev Sarayı uşaqlara sürpriz hazırlayıb
18 dekabr 2012 18:13 (UTC +04:00)

Heydər Əliyev Sarayı uşaqlara sürpriz hazırlayıb

Heydər Əliyev Sarayı  3, 4, 5 yanvar 2013-cü il tarixlərində uşaqlar üçün növbəti dəfə Yeni il şənliyi təşkil edəcək. Sarayın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda məşqləri gedən konsertdə uşaqların marağına səbəb olacaq milli və müasir rəqslər, illüziya şousu, rəngarəng çıxışlar və digər sürprizlər təqdim olunacaq.

 

Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək Yeni il şənliyində ən hündür səhnə şam ağacı quraşdırılacaq. Əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar qar qız, şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə əylənəcəklər. 

 Qeyd edək ki, 3, 4, 5 yanvar tarixlərində təşkil olunacaq Yeni il şənliyi saat 13:00 da başlayacaq. Yanvarın 5-i təqdim olunacaq konsert proqramı iki seansdan ibarət olacaq. Seanslardan biri 16:00-da keçiriləcək. Biletlərin qiyməti 5-15 manatdır.

# 843
avatar

Oxşar yazılar