
Hansı maşını almaq sərfəlidir? - USTA AÇIQLADI
“Varlı insanlar 5 ildən bir maşını dəyişirlər”.
Bu sözləri Lent.az-a açıqlamasında maşın ustası Bəxtiyar Məmmədov deyib. O bildirib ki, əksər vaxtlarda maşın alanda 5 il zəmanət verirlər:
“Belə ki, maşınları 4-5 il sürdükdən sonra nasazlıqlar yaranmağa başlayır. Çoxları elə buna görə də maşını satırlar, çünki onlar tez-tez usta yanına getmək istəmirlər. Düzəldilməsinə qaldıqda isə ən ucuz və yüngül maşınlar Sovet maşınları olur. Ən bahalı olanlar isə "Porsche", “Range Rover”dir”.
B.Məmmədov əlavə edib ki, Sovet maşınlarının köhnə modelləri daha keyfiyyətli olur:
“Bu maşınlarda il artdıqca, mexanizm dəyişmir, ancaq ki, dəmirin keyfiyyəti zəif olur. Ona görə də bu maşınların əvvəlki variantlarını almaq məsləhət görülür. Xarici maşınlarda isə hər şey fərqlidir, il artdıqca, yeni modellər çıxdıqca rahatlıq və keyfiyyət də artır”.
Oxşar yazılar

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
7 iyun 2025 , 20:42
Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi
7 iyun 2025 , 20:15
Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?
7 iyun 2025 , 19:43
Xüsusi imkanlar: İyun ayında hansı iki BÜRC varlanacaq?
7 iyun 2025 , 18:30
Günel Qəmbərova kimi peşəkar həkimlər asan yetişmir - Könül Cəfərli yazır
7 iyun 2025 , 15:41
İsti havaların avtomobillərə hansı ziyanı var? - 5 gözlənilməz TƏHLÜKƏ
7 iyun 2025 , 14:10
Tətildə mədə problemlərindən necə qaçmaq olar? - Dietoloqdan 5 əsas məsləhət
7 iyun 2025 , 12:26