Gənclər Fondu növbəti qrant müsabiqəsinə yekun vurub
05 sentyabr 2013 17:50 (UTC +04:00)

Gənclər Fondu növbəti qrant müsabiqəsinə yekun vurub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu növbəti qrant müsabiqəsinə yekun vurub. Bu barədə Lent.az-a Fonddan məlumat verilib.

Bu gün Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə Fondun 2013-cü il iyunun 24-də elan etdiyi üçüncü qrant müsabiqəsinin yekunları, maliyyə dəstəyinin göstərilməsi haqqında yeni müqavilə formasının təsdiq olunması və cari məsələlər daxil edilib. Şura sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov iyunun 27-dən avqustun 12-dək gənclər təşkilatları və gənc vətəndaşlar tərəfindən Fonda  təqdim edilmiş layihələr haqqında ümumi məlumat verib, bəzi statistik göstəriciləri Şura üzvlərinin diqqətinə çatdırıb.

 

Müzakirələr nəticəsində Müşahidə Şurası “A” kateqoriyası (yerli layihələr) üzrə 139, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 9, “C” kateqoriyası (fərdi layihələr) üzrə 182 layihənin (cəmi 330 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul edib. O da qeyd olunub ki, üçüncü qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan layihələrin sayı əvvəlki müsabiqə ilə müqayisədə təxminən iki dəfə artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar