Gələn həftə 4 gün iş olmayacaq
03 avqust 2013 14:12 (UTC +04:00)

Gələn həftə 4 gün iş olmayacaq

Avqustun 8 və 9-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bayramla əlaqədar olaraq gələn həftənin cümə axşamı və cümə günləri Azərbaycanda qeyri-iş günüdür.

 

Bayram günləri həftənin sonuna düşdüyündən, şənbə və bazar günləri də nəzərə alınmaqla Azərbaycanda 4 gün iş olmayacaq.

 

Nazirlər Kabinetinin qərarı ilə 15 və 16 oktyabr tarixləri isə Qurban bayramı günü kimi qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər də iş günü hesab edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4819

Oxşar yazılar