
Festivalın bağlanış mərasiminə daşınma bu avtobuslarla olacaq
"XV Avropa Gənclər Yay Olimpiya Festivalı"nın nəqliyyat əməliyyatları planına uyğun olaraq daşımalar davam etdirilir.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, plana uyğun olaraq festivalın bağlanış mərasiminə bilet alan tamaşaçıların daşınması 27 iyul tarixində iki ekspres marşrut xətti vasitəsi ilə həyata keçiriləcək.
a) X1 xətti üzrə avtobuslar (“28 May” m/st. – Bakı Kristal Zalı)
b) X2 xətti üzrə avtobuslar (“Elmlər Akademiyası” m/st. – Bakı Kristal Zalı)
X1 xətti üzrə avtobuslar Səməd Vurğun bağı Dilarə Əliyeva küçəsindən, X2 xətti üzrə avtobuslar isə Hüseyn Cavid prospekti metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqdan hərəkət edəcək. Ekspres xətt üzrə daşımalara saat 17:30-dan başlanılacaq və mərasim başlayanadək (saat 20:00-dək) davam edəcək.
Mərasim yekunlaşdıqdan sonra Bakı Kristal Zalından əks istiqamətdə daşınma təşkil ediləcək. Mərasimlə əlaqədar olaraq ictimai nəqliyyat gecə 01:00-a qədər fəaliyyət göstərəcək.
Oxşar yazılar

Üç BÜRC tezliklə düşmənlərinin tələsinə düşəcək – XƏBƏRDARLIQ
24 aprel 2025 , 00:02
Qubada bu körpüdə hərəkət qadağan olundu - YENİLƏNİB
23 aprel 2025 , 19:50
Doğum tarixiniz ailənizə nəyi öyrətməli olduğunuzu açıqlayır
23 aprel 2025 , 18:52
Borc götürüb qaytarmayan yeganə BÜRC: ona borc verməyin
23 aprel 2025 , 18:38
Avtobus zolağına girən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
23 aprel 2025 , 17:53
Sabah bu ərazilərdə qaz olmayacaq
23 aprel 2025 , 17:23
Azərbaycanda təhlükəli salfetlər – Bu xəstəliklərə səbəb olur
23 aprel 2025 , 17:14