Fazil Mustafadan yenilik: “Sualları "facebook"a göndərin"
03 dekabr 2013 10:24 (UTC +04:00)

Fazil Mustafadan yenilik: “Sualları "facebook"a göndərin"

Millət vəkili Fazil Mustafa  bu gündən etibarən bəzi jurnalistlərin suallarını “facebook” üzərindən cavablandıracaq. Lent.az-ın məlumatına görə, o bunu “facebook” sosial şəbəkəsində yazıb.

 

F. Mustafa bildirib ki, bəzi jurnalistlər telefonla onunla müsahibə götürərkən, təhriflərə yol verirlər.

 

“Mətbuata hər gün müsahibə verirəm. Ona görə yox ki, fikirlərimi, görüşlərimi təbliğ etməyə xüsusi ehtiyacım var. Çünki özüm yazılarla, statuslarla istədiyim münasibəti ortaya qoymağa üstünlük verirəm. Sadəcə müraciət edən jurnalistlərin informasiya hazırlamaq və yaymaq peşə fəaliyyəti olduğundan, buna görə müəyyən məvacib aldıqlarını düşünərək istisnasız olaraq imkan düşdükcə anlayışla qarşılayıram və kimsənin sualını geri çevirmirəm. Ancaq son vaxtlar həqiqətən də qarşılaşdığım ədəbsiz davranışlar, qərəzli və peşəkarlıqdan uzaq münasibətlər bu məsələdə bir az düzəlişlər etməyimə səbəb oldu. Bundan sonra illərlə tanıdığım və peşəkarlığına, obyektivliyinə güvəndiyim jurnalistlər istisna olmaqla, digərləri ilə ancaq “facebook” üzərindən yazılı suallara yazılı cavablar formasında görüşlərimi çatdıracağam. Bu, əlbəttə, digər jurnalistlərə sayğısız münasibətdən qaynaqlanmır, sadəcə bu faydalı peşəyə hörmət gətirməyən bəzi səviyyəsiz insanlarla məqsədyönlü təhriflərə görə vaxt aparıcı müzakirələrə qoşulmamaq üçün bunu edirəm. Yəni telefonla müsahibə verməyi məhdudlaşdırmağı düşünürəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34