Əfqanıstanda yaralanmış 2200 hərbçi daşındı
04 aprel 2013 10:49 (UTC +04:00)

Əfqanıstanda yaralanmış 2200 hərbçi daşındı

2012-ci ilin yanvar-avqust aylarında Əfqanıstandan Azərbaycan ərazisindən keçməklə 2200 yaralı daşınıb.


 

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov məlumat verib.

 

O qeyd edib ki, NATO-nun Əfqanıstandakı sülhməramlı kontingentinin yüklərinin daşınmasında tranzit ölkə rolunu oynayan Azərbaycan hərbi alyansla aktiv əməkdaşlıq edir. Sülhməramlı kontingentin yüklərinin 30 faizi Azərbaycandan keçməklə daşınır. 


 

 

# 651
avatar

Oxşar yazılar