ƏƏSMN 21 insan alveri qurbanına yardım edib
10 iyun 2014 11:56 (UTC +04:00)

ƏƏSMN 21 insan alveri qurbanına yardım edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki  İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu ilin yanvar-may aylarında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən yönləndirilmiş 21 nəfər insan alveri qurbanına və 12 nəfər insan alverinin potensial qurbanına müxtəlif formada yardımlar göstərib. ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qeyd olunan şəxslərdən 3 nəfərinə maliyyə yardımı  göstərilib, 4 nəfər ünvanlı dövlət sosial yardımının təyinatı üçün müvafiq rayon ƏSMM-nə, 2 nəfər isə məşğulluqlarının təminatı üçün Dövlət Məşğulluq Xidmətinə  istiqamətləndirilib.

 

Habelə 6 nəfərə psixoloji, 2 nəfərə tibbi,  17 nəfərə hüquqi yardımlar göstərilib, 1 nəfər belə şəxsin övladı körpələr evi – uşaq bağçasına yerləşdirilib. Mərkəz digər şəxslərin də hər biri ilə fərdi qaydada iş apararaq, onların bu və ya digər çətinliklərinin aradan qaldırılması, reinteqrasiyası  və sosial reabilitasiyası məqsədilə müvafiq tədbirlər həyata keçirib.

 

Eyni zamanda, insan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı cəmiyyətdə məlumatlılığın artırılması üçün mərkəz tərəfindən ölkənin müxtəlif regionlarında müxtəlif formalı ictimai maarifləndirmə işləri aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886

Oxşar yazılar