
Bu rayonlarda qaz olmayacaq - DİQQƏT
Bu gün Zaqatala rayonunun Muxax, Aşağı Tala, Yuxarı Tala, Çökək, Kebeloba, Zilban və Car kəndlərini təbii qazla təmin edən diametri 325 mm olan orta təzyiqli qaz kəmərində bəzi sazlama işləri aparılacaq.
Bu barədə Lent.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Kürdəmir rayonunda isə diametri 219 mm olan orta təzyiqli qaz xətti üzərindəki qaz tənzimləyicisi söküləcək.
Bundan başqa, Goranboy rayonunda texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmaları aradan qaldırılacaq. Bütün bu işlər görülərkən səhər saat 09:00-dan Zaqatala, Kürdəmir və Goranboy rayonlarının bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.
Oxşar yazılar

Psixoloqların işə qəbulu imtahanı təxirə salındı
1 mart 2025 , 01:37
Ramazan ayı başladı
1 mart 2025 , 00:01
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
28 fevral 2025 , 20:34
Sabah güclü maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
28 fevral 2025 , 19:31
Bakıya qar yağır - FAKTİKİ HAVA
28 fevral 2025 , 18:42
Azərbaycanda 110 minə təsbeh satılır
28 fevral 2025 , 18:13
Sabah hava meteohəssas insanlar üçün təhlükəli olacaq
28 fevral 2025 , 17:45