
Məşhur istirahət mərkəzləri CƏRİMƏLƏNDİ - Nazirlik
Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə növbəti reyd keçirib.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, reyd zamanı Şıx çimərliyi ərazisində fəaliyyət göstərən “1001 gecə”,“Eldorado”, “Aqua Park” və “Dostluq” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdıldığı aşkar edilib. Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə istirahət mərkəzlərinə cavabdeh şəxslər Raul Qasımov, Rəşad Hüseynov, Zaur Hüseynli və Azər İsmayılov barəsində protokol tərtib olunub və onların hər biri 4000 manat məbləğində cərimə edilib.
Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün obyekt sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib. “Məcburi göstəriş”lərin tələbləri icra olunmadığı təqdirdə məhkəməyə müraciət olunacaq.
Oxşar yazılar

Yeni pandemiya ola bilər
8 iyun 2025 , 10:07
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
7 iyun 2025 , 20:42
Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi
7 iyun 2025 , 20:15
Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?
7 iyun 2025 , 19:43
Xüsusi imkanlar: İyun ayında hansı iki BÜRC varlanacaq?
7 iyun 2025 , 18:30
Günel Qəmbərova kimi peşəkar həkimlər asan yetişmir - Könül Cəfərli yazır
7 iyun 2025 , 15:41
İsti havaların avtomobillərə hansı ziyanı var? - 5 gözlənilməz TƏHLÜKƏ
7 iyun 2025 , 14:10