Bu gün Qədir-Xum bayramı qeyd olunur
13 oktyabr 2014 12:35 (UTC +04:00)

Bu gün Qədir-Xum bayramı qeyd olunur

Bu gün, Zilhiccə ayının 18-də Qədir-Xum bayramı qeyd edilir.

Qafqaz Müsəlmanları İdarəsindən Lent.az-a verilən məlumata görə, hicri-qəməri təqvimlə 10-cu ilin (miladi 632-ci ilin) bu günündə Həzrət Muhəmməd peyğəmbər (s) Allahın buyruğu ilə Qədir-Xum adlanan yerdə Həzrət Əlini (ə) özündən sonra müsəlmanların mövlası elan edib.

Bu hadisə Həcc ziyarəti ayinlərini yerinə yetirib başa vuran Həzrət Peyğəmbərin (s) Məkkədən Mədinəyə qayıtdığı zaman, bu iki şəhər arasında yerləşən Qədir-Xum vadisində baş verib.

Həzrət Peyğəmbər (s) sayı 100 mini keçən səhabə ilə birlikdə vida həccini başa vurub Mədinəyə qayıdarkən Allah-Təala aşağıdakı ayəni vəhy edib:

"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!" (“əl-Maidə”, 67).

Ayə nazil olduqdan sonra Həzrət Peyğəmbər (s) karvanın saxlanılması göstərişini verdi. Hamı bir yerə toplaşdı və bir-birindən nə hadisə baş verdiyini soruşur, bu qızmar günəş altında dayanmalarının səbəbini öyrənməyə tələsirdi. Həzrət Peyğəmbərlə (s) birgə camaat namazı qılındı. Sonra Allah rəsulu (s) minbərə qalxıb xütbə söylədi. Həmin xütbəsində buyurdu ki, özündən sonra iki dəyərli əmanəti – Quranı və Əhli-Beytini (ə) müsəlmanlar arasında əmanət qoyub gedir. Müsəlmanların vəzifəsi həmin iki əmanətə sədaqət göstərib, onlara sarılmaqdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1040

Oxşar yazılar