
Bu ərazilərdə qaz yoxdur
0
0
“Azəriqaz” İstehsalat Birlyi xəbər verir ki, Samux rayonu ərazisində yerləşən orta təzyiqli yeraltı qaz xəttində sızma aşkarlanıb və onun ləğvi üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüləcək təmir işlərinə görə bu gün səhər saat 09:00-dan işlər bitənə qədər Samux rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.
Ağsu rayonunda da eyni səbəbdən təmir işləri aparılacaq və rayonun 9 kəndində səhər saat 09:00-dan 18:00-dək qaz təchizatı dayandırılıb.
0
0