Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə və mətbuat, səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar jurnalist”
Axundov Natiq Sabir oğlu
“Əməkdar həkim”
Qədiməliyev Fikrət Gülverdi oğlu