Müsabiqənin müddəti: 1 avqust – 1 oktyabr 2019-cu il.

Qalibə min manat veriləcək: Yeni MÜSABİQƏ
Bakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında "100 ilin zirvəsində" adlı xüsusi müsabiqə elan edir.
Bu barədə Lent.az-a BDU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müsabiqəyə BDU ilə bağlı bütün janrlarda yazılar qəbul olunur.
Müsabiqənin şərtləri:
- Materiallar yeni və orijinal olmalı;
- Müsabiqə elan olunduqdan sonra qəzet, jurnal və ya internet portallarında dərc edilməli;
- Materiallarda “Bakı Dövlət Universitetinin “100 ilin zirvəsində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalı;
- Çap olunduqdan sonra [email protected] elektron ünvanına mövzu yerində “100 ilin zirvəsində” qeydi edilməklə və yaxud birbaşa BDU Mətbuat və informasiya şöbəsinə təqdim edilməlidir.
Qeyd:
Yazı müəllifi kütləvi informasiya vasitəsində çalışmalıdır.
Qurumların mətbuat xidmətlərinin əməkdaşları da müsabiqədə iştirak edə bilərlər.
Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil.
Mükafatlandırma:
Mükafatlandırma mərasimi BDU-nun 100 illik yubiley tədbirləri çərçivəsində keçiriləck.
1-ci yer – 1000 manat (1 nəfər)
2-ci yer – 500 manat (2 nəfər)
3-cü yer – 300 manat (3 nəfər)
Hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafat.
Müsabiqənin müddəti: 1 avqust – 1 oktyabr 2019-cu il.
Oxşar yazılar

Dörd BÜRCÜ bu həftə böyük uğur gözləyir
26 fevral 2025 , 00:15
Lənkəranda bu axşam hər süfrəyə mütləq su qoyulur - VİDEO
25 fevral 2025 , 22:46
Hər kəsin həssas yeri XOCALI: "Ana harayı" abidəsinin ətrafından təsirli görüntülər - REPORTAJ
25 fevral 2025 , 18:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
25 fevral 2025 , 17:29
Küləklə bağlı XƏBƏRDARLIQ
25 fevral 2025 , 17:17
Aramsız qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
25 fevral 2025 , 16:23
Qarlı havada partlayan borular, qaz sızması... Nəyə diqqət etməliyik?
25 fevral 2025 , 15:05