Bakıda dəniz taksiləri fəaliyyət göstərəcək - <span style="color:red;">YENİLƏNİB
11 mart 2014 16:23 (UTC +04:00)

Bakıda dəniz taksiləri fəaliyyət göstərəcək - YENİLƏNİB

Yaxın gələcəkdə Bakı şəhərində dəniz taksiləri fəaliyyətə başlayacaq.


 

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov bildirib.

 

Onun sözlərinə görə, yaxın vaxtlarda Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyət göstərəcək: «Dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcək».

 

O bildirib ki, belə taksilər gələcəkdə Bakı buxtasını hazırda abadlıq işləri aparılan Nargin adası ilə birləşdirəcək: «Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verir. Dəniz taksilərinin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək».

 

Administrasiya rəhbəri qeyd edib ki, əvvəllər buxtaya 3 gəzinti kateri, sonra isə daha 1 kater gətirilib. Hazırda Azərbaycan Dövlət Dəniz Administrasiyasının sifarişi ilə Türkiyədə yeni katerlər istehsal olunur. Dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək».

 

Bakı-Lənkəran reysi üzrə dəniz taksilərinin buraxılmasına gəldikdə isə, Q.Qurbanov bildirib ki, belə bir marşrutun açılması maddi baxımdan sərfəli deyil: «Dəniz yolu ilə Lənkərana 5-6 saata çatmaq mümkündür. Bu, həm vaxt, həm də maliyyə baxımından sərfəli deyil».


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1670

Oxşar yazılar