Azərbaycanlı mütəxəssislər üçün Berlində pulsuz seminarlar
05 sentyabr 2013 18:09 (UTC +04:00)

Azərbaycanlı mütəxəssislər üçün Berlində pulsuz seminarlar

 

 


Azərbaycanlı mütəxəssislər üçün “TrEff” Təqaüd Proqramı (TrEff Scholarship Programme) çərçivəsində Berlində enerjiyə qənaət mövzusunda pulsuz seminarlar təşkil ediləcək.

 

Lent.az-ın verdiyi məlumata görə, Berlində yerləşən “Renewables Academy” şirkətinin həyata keçirdiyi “TrEff-Project” (TrEff- Enerjiyə Qənaət Təlimi) layihəsi çərçivəsində Azərbaycandan, Qazaxıstandan və Ukraynadan olan enerji mütəxəssisləri kommersiya sektorunda enerjiyə qənaət mövzusunda 5 günlük təlim proqramında iştirak edə bilərlər.


“TrEff” Təqaüd Proqramı Almaniya Federal İqtisadiyyat və Texnologiya Nazirliyinin dəstəyi ilə bu nazirliyin Enerji Qənaəti İxracat Təşəbbüsü Proqramı çərçivəsində həyata keçirilir. Enerjiyə qənaətlə bağlı bu ilin bahar mövsümündə keçirilən təlimlərdə Azərbaycan, Qazaxıstan və Ukraynadan 120 mütəxəssis iştirak edib. Payız mövsümündə keçiriləcək seminarlarda kommersiya sahəsində enerjiyə qənaət mövzusu ilə yanaşı, sənayedə və ictimai binalarda enerjiyə qənaət kimi mövzular da təklif olunacaq. Seminarlar Berlində, RENAC şirkətinin Enerjiyə Qənaət Təlim Mərkəzində baş tutacaq. Təlim zamanı gündəlik keçiriləcək seminarlarla yanaşı, iştirakçılar alman şirkətləri ilə görüşlər keçirəcək və müxtəlif müəssisə və zavodlara baş çəkəcəklər.


RENAC-da bildiriblər ki, enerjiyə qənaət mövzusu sənaye və tikinti sahəsində önəmli rol oynamaqla yanaşı, ticarət və kommersiya sahəsində istifadə imkanları mövcuddur, iri həcmli ofis sahəsi yüksək qızdırma tələbatını da ödəyə bilər. Qərbi Avropada sahənin qızdırılmasının 50%-i ticarət və kommersiya sektoruna sərf edilir, bunun dörddə bir hissəsi mexaniki enerji ilə (kondisionerlərin, ventilyasiya sisteminin və soyuducu cihazların işə salınması) istifadə edilir. Enerjinin qalan hissəsi isə istilik, isti su cihazları və işıqlandırmaya sərf olunur. Ticarət və Kommersiya sahəsində enerjiyə qənaət potensialları tam olaraq kəşf olunmamış qalır. Bu səbəbdən bu mövzuya müraciət etmək faydalı hesab olunur. İqtisadi və ekoloji üstünlüyü ilə yanaşı, biznesin işləməsi üçün lazım olan xərclərin, enerjiyə sərf edilən xərcin, işıqlandırma xərclərinin azaldılması kimi, enerjiyə qənaət ölçüləri də təkmilləşdirilmiş iş şəraitinə gətirib çıxara bilər.

 

Seminarlarda iştirak etmək üçün yerlər məhdud olduğundan, maraqlananların öz ərizələrini tez zaman ərzində təqdim etmələri məsləhət görülür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554
avatar

Oxşar yazılar