
Avtovağzalda yenilənmiş məlumat mərkəzi: bilet probleminə son!
"Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həm beynəlxalq, həm də şəhərlərarası istiqamətlərə avtobus reysləri fəaliyyət göstərir. Biletləri gündəlik və ya səfər tarixinə 10 gün qalmışdan 1 gün əvvələ kimi online qaydada sayt və mobil tətbiq vasitəsilə və ya qabaqcadan satış kassalarından əldə etmək imkanı var".
Bu barədə Lent.az-a qurumun mətbuat katibi Pərvin Məmmədova məlumat verib. O bildirib ki, kassalar səhər saat 07:00-dan 00:00-a qədər sərnişinlərin ixtiyarındadır:
"BBAK-ın əsas məqsədi xidmət səviyyəsini yüksəltmək və sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Bu məqsədlə bir çox işlər görülüb və hazırda görülməkdədir. Avtovağzal Kompleksindən istifadə zamanı yaranan neqativ halları daha tez və effektiv həll edə bilməmiz üçün problem yaşanılan zaman yerindəcə (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng edə və ya perron nəzarətçilərinə yaxınlaşmaq mümkündür.
Eyni zamanda facebook adresi və ya [email protected] email ünvanı vasitəsilə də yazmaq olar".
P.Məmmədova əlavə edib ki, çox qısa zaman sonra tamamilə yenilənmiş və müasir standartlara cavab verən məlumat mərkəzi istifadəyə veriləcək.
Oxşar yazılar

Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
9 iyun 2025 , 12:02
Azərbaycana təhlükəli makaron gətirilib? - RƏSMİ AÇIQLAMA
9 iyun 2025 , 11:20
BÜRCLƏRİN bu həftə üçün şanslı tarixləri
9 iyun 2025 , 09:09
Xoşbəxtliyi almaq olar: Həyat keyfiyyətimizi yaxşılaşdıran 8 alış-veriş
8 iyun 2025 , 18:42
İyun ayı bu BÜRCLƏR üçün çox çətin olacaq: Tale kimi sınayacaq?
8 iyun 2025 , 18:20
Ən uğurlu insanların doğulduğu ayın 6 tarixi AÇIQLANDI
8 iyun 2025 , 16:59
Yağış, dolu, şimşək - SABAHIN HAVASI
8 iyun 2025 , 12:07