(R) Wedding Gallery alış-veriş mərkəzi Moskvaya romantik səyahət təkli edir
01 may 2013 12:17 (UTC +04:00)

(R) Wedding Gallery alış-veriş mərkəzi Moskvaya romantik səyahət təkli edir

Kempinski Badamdar Bakı otelinin Wedding Gallery alış-veriş mərkəzi əsas mükafat kimi iki nəfərlik romantik səyahət və "Kempinski"nin flaqman otellərindən birində qalmaq imkanı təklif edən aylıq lotereyanı bərpa edir. 

 

27 aprel 2013-cü il tarixindən etibarən 300 AZN məbləğində alış-veriş edən hər bir alıcı aylıq lotereyada iştirak imkanı qazanacaq. İlk çəkiliş 2013-cü il may ayının sonunda boş tutacaq. Xoşbəxt qalib may kampaniyasının rəsmi tərəfdaşı STI Travel tərəfindən təqdim olunacaq iki aviabilet, eləcə də dəbdəbəli "Balçuq Kempsinki Moskva" otelində iki nəfər üçün üç günlük yaşayış imkanı qazanacaq.

 

Lotereya hər ay keçirilir və hər dəfə yeni bir ölkəyə səyahət təklif olunur. Müştərilərin rahatlığını təmin etmək üçün baş təşkilatçı - Kempinski Badamdar Bakı oteli lotereyaya yalnız vizasız rejim və ya sadələşdirilmiş viza rejimi ölkələrində yerləşən Kempinski otellərini cəlb etmişdir.  Beləliklə, növbəti aylarda lotereyanın qaliblərini, Peterburqa, Gelencikə, Bodruma, Antalyaya, Ajman və Dubaya səyahət gözləyir.

 

Lotereya çəkilişinin yay mövsümü ərəfəsində, mayda baş tutacağını nəzərə almaqla, Kempinski Badamdar Bakı oteli əlavə uduş da təklif edir - "Kempinski Akvapark" su əyləncələri parkına iki nəfərlik üç aylıq abunə haqqı.

 

Kempinski Badamdar Bakı otel kompleksinin bir hissəsini təşkil edən "Wedding Gallery" geniş məhsul çeşidi təklif edən 22 mağazadan ibarətdir: gəlinliklər və akssesuarlar, ziyafət geyimləri və bayırlıq kostyumlar, ətir və kosmetik vasitələr, zinət əşyaları, ev üçün dekorasiya məmulatları, yataq otağı dəstləri, xüsusi tədbirlər üçün dəftərxana məmulatları, eləcə də toyların və digər tədbirlərin, o cümlədən ənənəvi mərasimlərin təşkil edilməsi xidməti.

 

# 962
avatar

Oxşar yazılar