(R) Azercell bu il də Tələbə Təqaüd Proqramını davam etdirir
20 dekabr 2012 19:14 (UTC +04:00)

(R) Azercell bu il də Tələbə Təqaüd Proqramını davam etdirir

11 gənc Azercell təqaüdçüsü adını qazanıb

 

Azercell Telekom MMC-nin elan etdiyi Tələbə Təqaüd proqramı üzrə seçim başa çatmışdır. Seçimin nəticələrinə əsasən müraciət etmiş 332 gənc arasından imtahan və müsahibələr yolu ilə 11 nəfər proqramın iştirakçısı seçilmişdir. Proqramda qalib gələn gənclər tədris ili boyunca Azercell-dən hər ay 200 AZN miqdarında təqaüd alacaqlar ki, bu da onların iqtisadi asılılığının azaldılmasına və asudə vaxtlarını yalnız elmi tədqiqatlara yönəltməyə imkan verəcəkdir. Qaliblər Azərbaijan Dövlət İqtisadiyyat Universitetinin, Qafqaz Universitetinin, Azərbaycan Turizm Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Naxçıvan Dövlət Universitetinin tələbələridir.

 

Dekabrın 20-də Azercell şirkətinin prezidenti Kiril Qaburiç təqaüd proqramının iştirakçılarını qəbul edərək onları təbrik etmişdir. Qeyd olunmuşdur ki, Azercell 2008-ci ildən etibarən Tələbə Təqaüd Proqramını təqdim edir. İndiyə qədər Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 50-yə yaxın tələbə proqramın verdiyi üstünlüklərdən yararlanıb.

 

Tələbə Təqaüd proqramının üzvləri gələcəkdə şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılaraq telekommunikasiya sahəsində biliklərini artırmaq və Azercelldə təcrübə keçmək imkanlarını əldə edəcəklər.

 

Azercellin istedadlı gənclərə yönəlik proqramları sırasında Barama layihəsini, Qafqaz Universitetində və Naxçıvan Dövlət Universitetində 4G laboratoriyalarının açılmasını və s. layihələri misal çəkmək olar. Azercell həmçinin tələbələr üçün xüsusi endirimləri nəzərdə tutan “Tələbə 1-liyi” tarif paketini təqdim etmişdir. Bu paket tələbələrə öz aralarında 1 dəqiqəsi 1 qəpiyə danışmağa imkan verir.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

 

# 596
avatar

Oxşar yazılar