(R) AXA MBASK icbari sığorta ilə bağlı iri ödəniş edib
18 aprel 2013 10:19 (UTC +04:00)

(R) AXA MBASK icbari sığorta ilə bağlı iri ödəniş edib

AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair, qarşı tərəfin ölümü ilə nəticələnən sığorta iddiası üzrə sığorta ödənişi həyata keçirib.

Sözügedən sığorta növünə aid ödəniş Baki-Qazax yolunda baş vermiş yol qəzası ilə bağlı olub. Qəza nəticəsində bir nəfər həlak olub, iki nəfər ağır yaralanmışdır. AXA MBASK tərəfindən 13 000 manat məbləğində sığorta ödənişi zərər çəkmiş tərəfinin qohumlarına verilib.

Qeyd etmək lazımdır ki, ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı şirkət artıq  500 min manata yaxın sığorta ödənişi edib.

İcbari sığorta növləri şirkətin 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Növləri Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə online rejimində buraxılır.

 

İcbari sığortanın qaydaları və tarifləri barədə əlavə məlumatı www.icbari.az saytında əldə etmək olar.

 

# 475
avatar

Oxşar yazılar