(R) “Bakcell” “Günboyu 0” tarifində pulsuz danışıq vaxtını 17 saata qədər artırdı
24 iyun 2014 15:00 (UTC +04:00)

(R) “Bakcell” “Günboyu 0” tarifində pulsuz danışıq vaxtını 17 saata qədər artırdı

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Günboyu 0” tarifində olan abunəçilərə təqdim olunan pulsuz danışıq vaxtını artırıb. Yeni artım tətbiq edildikdən sonra bu tarifdə olan abunəçilər əvvəlki 10 saat əvəzinə indi 17 saat (gecə 01:00- dan növbəti gün saat 18:00- a qədər) şəbəkədaxili pulsuz danışacaqlar. Vaxt artımına baxmayaraq gündəlik ödəniş dəyişilməz, 29 qəpik olaraq qalır.

Bu 17 saatlıq pulsuz danışıq fürsəti “Günboyu 0” tarifində olan bütün abunəçilərə mövcud və ya yeni abunəçi olmasından asılı olmayaraq şamil olunur. Yeni abunəçilər “Günboyu 0” tarifində olan nömrə aldıqda 5 AZN bonus əldə edirlər. Beləliklə, onlar gündəlik xərclərini ödəmək üçün 5 AZN bonusdan istifadə etməklə bu sərfəli tarifi əlavə vəsait xərcləmədən sınaqdan keçirə bilərlər.

Yeni abunəçi “Günboyu 0” tarifindən hər hansı digər “Bakcell” tarifinə keçmək fikrinə gəlsə, onun üçün bu imkan ilk dəfə pulsuz təqdim olunacaq.

İstənilən “Bakcell” abunəçisi *138*9#YES kodunu yığmaqla “Günboyu 0” tarifinə pulsuz qoşula bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2158

Oxşar yazılar