
Zakir Həsənov APA-nın əməkdaşını təltif etdi
Azərbaycanın müdafiə naziri Zakir Həsənov ordudan yazan jurnalistləri fəxri fərmanla təltif edib.
APA-nın məlumatına görə, bu münasibətlə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev təltif olunan media təmsilçiləri ilə görüşüb.
Azərbaycanın düşmənlə həm səngərdə, həm də informasiya sahəsində müharibə apardığını qeyd edən K. Vəliyev bu savaşda media təmsilçilərinin üzərinə böyük vəzifə düşdüyünü xatırladıb.
Sonda K. Vəliyev respublikada həyata keçirilən ordu quruculuğunun təbliğində fəal iştirakına və Müdafiə Nazirliyi ilə səmərəli əməkdaşlığa görə Azərbaycan Ordusunun 100 illik yubileyi münasibəti ilə müdafiə naziri Zakir Həsənov tərəfindən təltif olunan media təmsilçilərinə fəxri fərmanları təqdim edib.
Qeyd edək ki, Z. Həsənov tərəfindən təltif olunan media təmsilçiləri arasında APA İnformasiya Agentliyinin əməkdaşı Hafiz Heydərov da var.
Oxşar yazılar

Bu həftə yalnız bu 3 bürcün bəxti gətirəcək: siyahıda kimlər var
18 avqust 2025 , 00:02
Uğur və sərvət gətirən dörd doğum tarixi: Siyahıdasınızmı?
17 avqust 2025 , 19:59
Bəylə gəlin pul qarşılığında yad adamları toylarına dəvət edirlər: yeni trend
17 avqust 2025 , 18:41
Avqust 4 BÜRCƏ çoxlu pul gətirəcək
17 avqust 2025 , 18:10
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
17 avqust 2025 , 17:55
Mağazada qarşınızda əsl deyil, saxta kərə yağı olduğunu göstərən iki əlamət
17 avqust 2025 , 16:06
Microsoft işçilərinə nə qədər maaş verir? – Məbləğ hamını TƏƏCCÜBLƏNDİRƏCƏK
17 avqust 2025 , 14:33