“Yeni Üfüq” cəbhə xəttində…
06 may 2013 15:59 (UTC +04:00)

“Yeni Üfüq” cəbhə xəttində…

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin üzvləri Tərtərin cəbhə xəttində yerləşən Həsənqaya kəndinin sakinləri ilə görüşüblər. Lent. az-ın məlumatına görə, onlar  127 saylı məktəbdə tədbir keçiriblər.

 

Birliyin sədri Sevinc Əzimbəyli   dəstəklərinə görə Türkiyənin Orta Doğu Texniki Universitetinin azərbaycanlı tələbələrinə, “Altun kitab” nəşriyyatına və Nizami rayonu 220 saylı məktəbin rəhbərliyinə öz təşəkkürünü bildirib.

 

Tədbirdə birliyin sədr müavini Xanım Qasımova və Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli də çıxış ediblər.

 

Sonda məktəblilərə  kitablar, məktəb ləvazimatları, geyim dəstləri və şirniyyat  paylanıb.

# 673
avatar

Oxşar yazılar