“Salxım” Dequstasiya müsabiqəsinin qalibləri mükafatlandırıldı
01 oktyabr 2014 18:22 (UTC +04:00)

“Salxım” Dequstasiya müsabiqəsinin qalibləri mükafatlandırıldı

Gəncədə III Beynəlxalq Şərab Festivalı davam edir. Lent.az-ın məlumatına görə, Fransa, Almaniya, İtaliya, Türkiyə, Rusiya, Moldova, Gürcüstan və digər xarici ölkələrdən gələn qonaqlar, şəhər rəsmiləri, ictimaiyyətin nümayəndələri Cavad xan küçəsinə gələrək, festival çərçivəsində təşkil edilmiş sərgi-tamaşalara baxıblar.

 

Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev, Mədəniyyət və urizm nazirinin müavini Nazim Səmədov, Burqundiya regionunun Yon Vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Yuxarı Alzas Müluz Universitetinin prezidenti Kristin Qanqlaf Ziyeqler və başqaları son illər Azərbaycan-Fransa əlaqələrinin genişləndirilməsindən, iki ölkə arasında üzümçülük və şərabçılıq sahəsində çox əhəmiyyətli tədbirlərin reallaşmasından danışıb.

 

Tədbirdə dünən keçirilən “Salxım” Dequstasiya müsabiqəsinin nəticələri elan olunub və qaliblər mükafatlandırılıblar. “ASPİ – AqroSavalan” müəssisəsinin istehsal etdiyi şərablar ən yüksək mükafata - “Qran Pri“ mükafatına layiq görülüb. “Gəncə Şərab - 2” ASC-nin “Sevgilim” şərabı qızıl medala, “Kaberne sovinyon” şərabı gümüş medal alıb.

 

 

Qaliblər arasında Ağsu rayonunun “Azqranata” MMC-nin, İsmayıllı rayonu Şərab Zavodunun, Qəbələ rayonunun “Aqroinvest” müəssisəsinin, Abşeronun “Firiland” müəssisəsinin, Şəmkir rayonundakı “Şərq Ulduzu” ASC-nin, Göygöl Şərab zavodunun, Cəlilabad rayon şərab zavodlarının müxtəlif adlı şərabları var.

 

 

Qeyd edək ki, festivalı Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1003

Oxşar yazılar